Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski yaxın günlərdə “Barselona”ya keçəcək.
Metbuat.az “TVP Sport”a istinadən xəbər verir ki, hücumçu “Barselona” ilə 3 illik müqavilə imzalayıb.
33 yaşlı hücumçu Almaniya klubunu müqaviləsini uzatmayacağı ilə bağlı məlumatlandırıb.
Qeyd edək ki, Levandovski cari mövsüm Bundesliqada 29 oyunda 32 qol vurub.