Putinin "müəllimi"ndən ŞOK SÖZLƏR: Hər şey ssenari idi - Zelenski təslim olmasa...

“Buçadakı qətliam və 52 nəfərin öldüyü vağzala edilən hücum İstanbulda əldə edilən müsbət nəticələri sıfırlamaq üçün Qərb ölkələri tərəfindən hazırlanan ssenari idi”.

Metbuat.az xəbər verir ki, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin belə açıqlama verib. O bildirib ki, Qərb Ukraynadakı müharibənin davam etməsini istəyir. Duqinin iddiasına görə, vağzala atılan raket Ukrayna ordusunun arsenalında olub. Duqin qeyd edib ki, Qərbin törətdiyi təxribatlar liderlərin görüşmə ehtimalını aradan qaldırıb. Duqin bildirib ki, ABŞ və NATO Ukraynaya müdaxilə etsə Rusiya kimyəvi silahdan istifadə edəcək:

“Rusiya müdaxilə etməsəydi, Ukraynadan Rusiyaya hücumlar başlayacaqdı. Rusiyanın Ukraynada verdiyi itkilər normaldır. Gözləsəydik bərpası mümkün olmayan itkilər verəcəkdik. Rusiya ordusunun bəzi bölgələrdən çəkilməsi taktiki məsələdir. Hazırda orduda komandanlıq da daxil olmaqla yeniliklər edildi. Ordu hazırlıqları başa çatdırandan sonra əvvəlcə Donbas ardınca Kiyev daxil olmaqla Ukrayna şəhərlərinə hücumlar başlayacaq. Rusiya üçün Donbas və ya Ukraynanın bir hissəsini nəzarətə almaq zəfər deyil. Ukraynada bütün hədəflər yox edilib təhlükəsizlik təmin edilənə və ya Zelenski təslim olana qədər hərbçilərimiz evinə dönməyəcək”.

Qeyd edək ki, bəzi dairələrin iddiasına görə, Aleksandr Duqin Kremlin hazırkı siyasətinin ideoloqudur. İddia edilir ki, prezident Vladimir Putin Aleksandr Duqindən məsləhətlər alır, onun tövsiyyələrinə uyğun davranır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR