Ukraynadakı əməliyyatın məqsədi əslində budur: Putin təlimat verdi ki... -

“Rusiyanın Ukraynada təşkil etdiyi xüsusi hərbi əməliyyatların məqsədi ABŞ-ın dünyaya hakim olması prosesinə son qoymaqdır”.

Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Moskva ABŞ-ın iradəsinə heç vaxt boyun əyməyəcək. Qərb Rusiyanın təhlükəsizlik tələblərinə əhəmiyyət vermədi deyən diplomatın sözlərinə görə, hazırda Qərb dövlətləri Kiyev və Moskva arasındakı danışıqlara zərbə vurmaq istəyir. Lavrov müzakirələrin yavaş irəlilədiyini ifadə edərək, Ukraynadakı hərbi əməliyyatların müzakirələrdə nəticə əldə edilənə qədər davam edəcəyini ifadə edib.

“Fevral ayında ilk turdan sonra Putin hərbi əməliyyatların təxirə salınması barədə təlimat vermişdi. Lakin hazırki vəziyyətdə yekun razılıq əldə edilənə qədər hərbi əməliyyatlar davam edəcək”- deyə Lavrov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR