Ərdoğan Pakistanın yeni Baş naziri ilə telefonda danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın yeni Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, Ərdoğan Şahbaz Şərifi Baş nazir seçilməsi münasibətilə təbrik edib. Ərdoğan bildirib ki, Türkiyə qardaşlıq və tarixi əlaqələrin olduğu Pakistandakı hadisələri yaxında izləyir və Ankara İslamabada əllərindən gələn hər cür dəstəyi verməyə hazırdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR