Dünya atəşkəs xəbərini gözləyərkən Putin meydan oxudu:

“Rusiya dünyadan təcrid olmağa hazırlaşmır. Müasir dünyada heç kimi sərt təcrid etmək mümkün deyil, Rusiya kimi böyük ölkəni təcrid etmək isə qətiyyən mümkün deyil”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, Rusiya əməkdaşlıq etmək istəyən ölkələrlə əlaqələrini davam etdirəcək. Putinin sözlərinə görə, Rusiyanın Ukraynada hərbi əməliyyatlar həyata keçirməsinin məqsədi özünü müdafiə etməkdir:

“Başqa seçimimiz yox idi. Ukraynadakı hərbi əməliyyatlar məqsədinə çatana qədər davam edəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR