Çin gəmiləri Yaponiya ərazisinə daxil oldu

Çinin Sahil Mühafizə Xidmətinə məxsus 4 gəmi mübahisəli Senkaku adaları sahillərində Yaponiya ərazisinə daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiya mənbələri məlumat yayıb. Məlumata görə, Çin gəmiləri 2 saat ərazidə qalıb. Yaponiya Sahil Mühafizə Xidmətinin xəbərdarlığından sonra çinlilər bölgədən uzaqlaşıb.

Qeyd edək ki, hazırda bölgədə Yaponiya və ABŞ orduları birgə hərbi təlimlər keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR