Son 2 ayda Abşeronda 16 kiloqram narkotik dövriyyədən çıxarılıb

Bu ilin 3 ayı ərzində Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 122 fakt aşkar edilib, qanunsuz dövriyyədən 16 kiloqram narkotik vasitə çıxarılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilən rəqəmin 6 kiloqramını xüsusi təsiredici qüvvəyə malik narkotik maddələr təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR