Metronun işində problem yarandı -

Bakı metrosunda nasazlıq yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.

Bildirilib ki, “Həzi Aslanov” – “Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “İnşaatçılar” stansiyasında dayanarkən vaqonun bir qapısında nasazlıq yaranıb:

“Qaydalara uyğun olaraq, sərnişinlər düşürülüb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR