İmamların maaşı artırılıb

Azərbaycanda məscid imamlarına və müavinlərinə dövlət tərəfindən verilən maddi yardım artırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qərar qəbul edib.

Qərara əsasən, imamlara verilən maddi yardım 630 manatdan 882 manata, imam müavinlərinə verilən maddi yardım isə 490 manatdan 685 manata qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR