Medvedçukun həyat yoldaşı Ərdoğana belə müraciət etdi -

Vladimir Putinin ən yaxın müttəfiqi, oliqarx və müxalif ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Prezident Vladimir Zelenskiyə müraciət edib.

Metbuat.az “RİA Novosti“yə istinadən xəbər verir ki, Oksana Marçenko Vladimir Zelenskidən siyasətçini dərhal azad etməyi tələb edib:

“Şübhəsiz ki, həyat yoldaşım Ukrayna qanunlarına və beynəlxalq hüquqa zidd olaraq siyasi motivlərlə saxlanılıb. Onun həyatı üçün təhlükə olmamalıdır. Cavabınızı gözləyirəm”.

Marçenko vurğulayıb ki, Medvedçuk Ukraynanın heç bir qanununu pozmayıb və həmişə sülhün tərəfdarı olub.

Siyasətçinin həyat yoldaşı kömək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da müraciət edib.

“Mən Viktorun həyatı üçün çox narahatam. Sizin böyük səlahiyyətiniz var. Sizə hörmət edilir və sizin sözünüzə qulaq asırlar. Hörmətli cənab Prezident, sizdən xahiş edirəm ki, həyat yoldaşım Viktor Medvedçuku azad etmək üçün öz təsir imkanlarınızdan istifadə edəsiniz" - deyə Marçenko deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR