Parkda gülləri sulayarkən çanta tapdı: İçinə baxanda heyrətə gəldi - Külli miqdarda... /

Türkiyənin Marmaris bölgəsindəki parkda işləyən bağban inanılmaz hadisəyə rast gəlib.

Metbuat.az xəbər verir ki, o, güllərə su verərkən çanta tapıb. Çantanı açan 36 yaşlı şəxs, heyrətə gəlib. Çantanın içi dollarla dolu olub. Ali Eren adlı bağban hadisə barədə işlədiyi idarəyə və polisə məlumat verib.

Əraziyə gələn polis çantanın içində 12400 dollar və 2400 türk lirəsinin olduğunu müəyyən edib. Bağban çantanı polisə təhvil verib. Pulun sahibi araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR