DƏHŞƏTLİ QİSAS: Ukrayna hərbçilərini mühasirəyə alan nəhəng rus gəmisini vurdular -

Ukrayna ordusu Rusiya donanmasına aid “Moskva” adlı gəmini Neptun raketləri ilə vurub.

Metbuat.az “euronews”ə istinadən xəbər verir ki, hücum zamanı gəmidə təqribən 510 heyət üzvü olub. Odessa bölgəsinin Hərbi İdarəsinin rəhbəri Maksim Marçenko bildirib ki, gəmiyə iki raket atılıb. Raketlər hədəfi dəqiqliklə vurub. Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, “Moskva” adlı gəmidə yanğın çıxdığı üçün heyət üzvləri təxliyə edilməyə başlanılıb. Tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, “Moskva” gəmisinin müharibənin ilk günlərində İlan adasına hücum etməsi nəticəsində çox sayda ukraynalı hərbçi həlak olmuşdu. Hücumdan sonra adaya nəzarət Rusiya ordusunun nəzarətinə keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR