Məktəbəhazırlıq qrupları ləğv ediləcək? -

"Orta məktəblərdə fəaliyyət göstərən hazırlıq qruplarının ləğvi gündəmdə deyil".

Metbuat.az xəbər verir, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda vətəndaşların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, məktəblərdəki qrupların ləğvi düzgün qərar olmaz: "Hazırda məktəbəhazırlıq qrupları 1-5 yaşlı uşaqları tam əhatə etmir. Orta məktəbə qəbul ediləcək təxminən 90% uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib. Bağçada hazırlaşan uşaqları da bura əlavə etsək, 1-5 yaşlı uşaqların təxminən 65 faizi məktəbəhazırlıq qruplarında təhsil alır. Buna görə, məktəblərdəki qrupların ləğvi düzgün qərar olmaz".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR