Bu il Azərbaycanda 30 milyard manatlıq ÜDM istehsal olunub

Cari ilin yanvar-mart aylarında ölkədə 30037,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Metbuat.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artıb.

ÜDM istehsalının 54,1 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi tikinti, 2,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil edib.

Qeyd olunub ki, əhalinin hər nəfərinə düşən ÜDM 2990,9 manata bərabər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR