Ukraynada həlak olan uşaqların sayı 200-ə çatır

"Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində 197 uşaq ölüb, 351-i müxtəlif dərəcədə yaralanıb”.

Metbuat.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Məlumata görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından bəri 548 uşaq xəsarət alıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR