Uçquna görə bağlanan Lahıc yolu açılıb

İsmayıllı-Lahıc avtomobil yolunun uçqun nəticəsində bağlanan hissə açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Agentliyin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi əraziyə cəlb edilib.

"Yolda hərəkət bərpa olunub, tökülmüş qaya parçaları təmizlənib. Yalnız yolun kənarında bir qaya parçası qalıb. Onu götürmək üçün xüsusi texnika çağırılıb. Gün ərzində həmin qaya parçası da təmizlənəcək", - qurum rəsmisi bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək yolu bağlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR