Dünyanın ən titullu idmançısı karyerasını başa vurub

Dünyanın ən titullu idmançısı hesab edilən ABŞ atleti Ellison Feliks karyerasını başa vurub.

Metbuat.az xəbər verir ki, 37 yaşlı sprinter bu barədə sosial şəbəkə hesablarında yazıb.

Qeyd edək ki, Feliks Yay Olimpiya Oyunlarındakı qızıl medallarının sayına görə dünya rekordçusudur. O, 2008, 2012, 2016 və 2021-ci il Oyunlarında 4x100 m və 4x400 m estafetlərdə, həmçinin 200 metr məsafəyə fərdi yarışlarda 7 qızıl medal əldə edib. Atletin ümumilikdə 11 olimpiya medalı var.

Feliks dünya çempionatlarında ümumilikdə 18 medal əldə edib ki, bunlardan 13-ü qızıldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR