“Su içmək orucu pozmayacaq” - Bu hökmü ləğv etdim:

Keçmiş türkiyəli siyasətçi, hazırda özünü “Məsih” kimi təqdim edən Hasan Məzarcı orucluqla bağlı qalmaqal yaradan açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, oruc tutanlar su içə bilər. “Bu, orucu pozmayacaq. Su içməyin orucu pozacağına dair dini hökmü ləğv etdim” deyən Məzarcı, bildirib:

“Susuz qalmağın zərərlərini bilirsiniz. Oruc tutanlar su içsək orucumuz pozulacaq deyə narahat olmasınlar. Suyu içib orucunuza davam edin. Bu hökmü ləğv etdim”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR