Avropa Liqası:"Barselona" mübarizəni dayandırıb

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olub.

Metbuat.az-ın məlumatına görə, 1/4 finalın cavab oyunlarından sonra Almaniya "Leyptsiq"i ilə yanaşı, bu ölkənin digər təmsilçisi "Ayntraxt" və İngiltərə "Vest Hem"i növbəti mərhələyə vəsiqə əldə edib.

"Barselona" Evdə "Ayntraxt"a 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. "Vest Hem" isə Fransada "Lion"a qalib gəlib.

Şotlandiyada "Reyncers" və Portuqaliya "Braqa"sı arasında keçirilən oyunun əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda portuqaliyalılar minimal hesabla qalib gəldiyindən əlavə vaxt oynanılır. Son olaraq Şotlandiya "Reyncers"i adını növbəti mərhələyə yazdırıb.

Beləliklə, yarımfinalda "Reyncers" və İngiltərə "Vest Hem"i müvafiq olaraq, Almaniyanın "Leyptsiq" və "Ayntraxt" klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR