AFFA "Sabah" klubuna xəbərdarlıq edib

AFFA İntizam Komitəsi "Sabah" klubuna xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, buna paytaxt təmsilçisinin evdə "Zirə"yə qarşı keçirdiyi Premyer Liqanın XXII tur matçında hakimlər otağının internet ilə təmin edilməməsi səbəb olub.

Bundan başqa, həmin qarşılaşmada meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR