Vətən müharibəsi əlilləri və şəhid ailələri üçün iftar süfrəsi təşkil edildi -

“Dayaq” tərəfindən Vətən müharibəsi əlilləri və şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib.

Metbuat.az xəbər verir ki, “Dayaq” Vətən müharibəsi əlillərinə və şəhid ailələrinə dəstək təşkilatının rəhbərliyi “Benilüks Azərbaycanlıları Konqresi”, “Yüksəliş Gənclər Hərəkatı”, “Boccia İdman Federasiyası” nın tərəfdaşlığı ilə Ramazan ayı münasibətilə şəhid ailələri və vətən müharibəsi əlilləri üçün iftar süfrəsi təşkil edilib. İftar süfrəsində Dayaq təşkilatının sədri Qalib Əliyev 44 günlük Vətən müharibəsi dövrünə qüdrətli Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli, şücaətli Azərbaycan ordusunun erməni vandalları tərəfindən işğal edilmiş Qarabağ torpaqlarımızın düşməndən azad edilməsində göstərdikləri tarixi zəfərindən danışıb.

Qalib Əliyev qeyd edib ki, 44 günlük haqq savaşında qəhrəmancasına vuruşaraq şəhidlik şəhadətinə qovuşmuş şəhidlərə və onların ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı ilə yanaşmaq, mənəvi dəstək olmaq peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının insanlıq, soydaşlıq borcu olmalıdır. Sədr Qalib Əliyev xüsusilə vurğuladı ki, “Dayaq” Vətən müharibəsi əlillərinə və şəhid ailələrinə dəstək təşkilatı tərəfindən şəhid ailələrinə və qazilərə dəstək istiqamətli sosial layihələrin icrası davamlı olacaqdır. Qeyd edək ki, iftar süfrəsində şəhid ailələri, vətən müharibəsi əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR