Azərbaycan əhalisinin sayı

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 8 098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10 164 464 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləri, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR