Rusiyanın bombalanması Moskvanı qəzəbləndirdi:

“Ukrayna Rusiya torpaqlarında terror hücumu və təxribat törədərsə, buna cavab olraq Kiyevdəki qüvvələr hədəfə alınacaq”.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İgor Konaşenkov açıqlama verib. O bildirib ki, ötən gün Rusiyanın Bryansk vilayətinə hücum edən Ukrayna helikopterləri, Çerniqov bölgəsində S-400 sistemləri ilə vurulub. Açıqlamaya görə, həmçinin Kiyevdəki hərbi məntəqələr bombalanıb.

Mariupola da zərbələr endirilib. Hücumlar zamanı 30 polşalı müzdlu hərbçi ilə yanaşı bir sıra hədəflər məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR