Ukrayna ordusunun vurduğu rus gəmisində nüvə başlıqları olub? -

Ukrayna ordusunun Qara dənizdə vurduğu Rusiyanın “Moskva” kreyserində nüvə başlıqlarının olduğu güman edilir.

Metbuat.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti iddia yayıb. Hücumdan sonra batan gəmidə nüvə başlığının olması iddiası ilə bağlı ekspertlər təcili araşdırma aparılmasını tələb edib. Bildirilir ki, “Moskva” gəmisi ABŞ-ın təyyarədaşıyan gəmilərini məhv etmək üçün təchiz edilmişdi. Gəmidə P-1000 səsdən sürətli raketləri olub.

Qeyd edək ki, Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserini “Neptun” raketləri ilə vurub. Ukrayna tərəfi gəmidə təqribən 510 nəfərin olduğunu açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR