Dilənçinin üzərindən 32 min çıxdı: Dedikləri heyrətə gətirdi -

Türkiyənin Bursa şəhərində dilənçilik etdiyi üçün saxlanılan yaşlı qadının üzərindən külli miqdarda pul çıxıb.

Metbuat.az xəbər verir ki, Hacer Öztürk adlı qadının üzərindən 26 min 300 lirə ilə yanaşı 5 min lirə dəyərində hədiyyə çekləri çıxıb. Dilənçinin üzərindən çıxan külli miqdarda pul polisləri heyrətə gətirib. Qadın iddia edib ki, o dilənçi deyil. Pulları isə ona xeyirxah insanlar verib. Polis qadının pullarını dövlətin nəzarətinə keçirib. Qadına 270 lirə cəza kəsilərək sərbəst buraxılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR