Ukraynanın vurduğu “Moskva” kreyserinin komandiri ÖLDÜ

“Rusiyanın “Moksva” kreyserində baş verən partlayış və yanğın nəticəsində gəminin komandiri Anton Kiprin ölüb”.

Metbuat.az “Gazeta.ua”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko açıqlayıb.

Xatırladaq ki, aprelin 13-ü Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserinə “Neptun” raketləri ilə zərbə endirib. Nəticədə kreyserdə partlayış və yanğın baş verib. Ciddi zərər görən gəmi aprelin 14-ü batıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR