Fransa XİN Bris Rokfeylin Ermənistana səfərinə aydınlıq gətirdi

Fransa Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfeyl bir neçə gündür Ermənistanda səfərdədir.

Metbuat.az xəbər verir ki, fransalı diplomat Ermənistan rəsmiləri ilə artıq bir sıra görüşlər keçirib.Yayılan məlumatlarda B.Rokfeylin Ermənistana həmsədr qismində deyil, Fransa XİN-in Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndə kimi səfər etdiyi bildirilirdi.

Məsələyə aydınlıq gətirmək üçün APA Fransa XİN-ə sorğu ilə müraciət edib.

Fransa XİN mətbuat xidmətindən verilən cavabda bildirilir ki, ikitərəfli tərəfdaş kimi (həm Azərbaycan, həm də Ermənistanın), Avropa İttifaqı Şurasının Prezidenti, həm də Minsk Qrupunun həmsədri kimi Fransa Cənubi Qafqaz regionunda sülh və sabitliyin təşviqinə tam sadiqliyini bir daha təsdiqləyir.

“Öz fərqli rollarında Fransa humanitar məsələlərdə irəliləyiş əldə etmək, sərhədin müəyyənləşdirilməsi, regionun açılması, mədəni irsin qorunması, iki ölkə arasında sülh müqaviləsinin təmin edilməsi və Qarabağ probleminin həlli istiqamətində səyləri dəstəkləmək üçün Ermənistan və Azərbaycanla işləməyə davam edir. Bu məsələlər fevralın 4-də Fransa prezidentinin təşəbbüsü ilə Ermənistanın baş naziri, Azərbaycan prezidenti və Avropa İttifaqı Şurasının prezidenti ilə keçirilən videokonfransın mahiyyətində də olub. Bundan başqa, Minsk qrupunun fransalı həmsədri hazırda İrəvanda işgüzar səfərdədir”, - deyə Fransa XİN cavabında qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR