“Buz dövrü”nün dələsi 20 il sonra arzusuna çatdı -

“Blue Sky Studios”un rəssamları “Buz dövrü”nün (“Ice Age”) “Skrat” adlı dələsinin 20 il arxasınca düşdüyü palıd qozasını nəhayət yediyi ilə bağlı video yayımlayıblar.

Metbuat.az xəbər verir ki, “Blue Sky Studios” koronavirus pandemiyası zamanı maliyyə çətinlikləri səbəbindən bağlandığı ərəfədə “Son” (“The End”) adlı video “Blue Sky Studios” əməkdaşları tərəfindən izləyicilərinə “vida olaraq” hazırlanıb. Görüntülərdə “Skrat” adlı dələnin sevimli qozasını taparaq yediyi əks olunub.

Qeyd edək ki, ABŞ-ın animasiya studiyası “Buz dövrü” ilə yanaşı, “Rio”, “Titan A.E.” və “Robotlar” kimi cizgi seriyaları ilə tanınır. Amma onların ən məşhur layihəsi isə “Ice Age: Scrat Tales” qısametrajlı filmi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR