DYP rəisi "Land Cruiser"lə qəza törətdi -

Şəmkir Rayon DYP-nin rəisi qəza törədib.

Metbuat.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə şəhərin 5-ci küçə adlanan ərazisindəki yol kəsişməsində baş verib.

Rəis Ramin Fətullayev 20-EX-200 seriyalı “Land Cruiser” avtomobilini aşırıb. Belə ki, o, baş yoldan gələn “Mercedes-Benz” markalı avtomobili gözləmədən keçdiyi üçün qəza baş verib. Ətrafdakı sakinlər hadisə zamanı DYP rəisinin sərxoş vəziyyətdə göründüyünü və onun yüngül xəsarət aldığını iddia ediblər.

Qeyd edək ki, mayor Ramin Fətullayev 2021-ci ilin aprelində daxili işlər nazirinin əmri ilə Şəmkir DYP-nin rəisi təyin edilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, baş leytanant Eşqin Qasımov "Kriminalqafqaz"a bildirilib ki, fikirlər həqiqətə uyğun deyil: "Hadisə aprelin 4-də baş verib və xəsarət alan olmayıb. Hadisədən dərhal sonra hər iki sürücü sərxoşluq müayinəsindən keçib. Heç bir sürücü sərxoş olmayıb. Qarşı tərəfin sürücülük hüququ və avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi olmayıb. Hazırda araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".

Qəza zamanı aşan avtomobilin fotosunu təqdim edirik:

DYP rəisi "Land Cruiser"lə qəza törətdi - FOTO

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR