İmtahan nəticələrini tələbələr yoxlayır? -

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan nəticələrinin tələbələr tərəfindən yoxlanıldığı ilə bağlı iddialara münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, M.Abbaszadə bildirib ki, 2015-ci ildən başlayaraq markerlər kursu yaradılıb.

“Bu, yeni işdir. Bu kurslardan və imtahandan keçən namizədlər yoxlamaya buraxılır. Hər bir sualı iki marker yoxlayır. Bəli, markerlər arasında magistrlar da var. Biz dəfələrlə çağırışlar edirik və cavab isə əsasən gənclərdən gəlir”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR