Futbolçu meydana buraxılmadı -

İtaliya A Seriyasının XXXIII turunda keçirilmiş "Spetsiya" - "İnter" oyununda qəribə hadisə baş verib.

Metbuat.az xəbər verir ki, qarşılaşmanın 60-cı dəqiqəsində "Spetsiya"nın heyətində Rey Manayın yerinə meydana Mbala N Zola daxil olub.

Bir dəqiqədən sonra baş hakim oyunçunun qulağında böyük sırğa olduğunu görüb və matça davam etməsi üçün onu çıxarmasını istəyib. Klub əməkdaşları sırğanı çıxarmağa çalışsa da, bu, alınmayıb.

Baş məşqçi Tiaqo Motta 26 yaşlı hücumçunu 70-ci dəqiqədə Janis Antistlə əvəzləyib.

Qeyd edək ki, matç "İnter"in 3:1 hesablı qələbəsi ilə bitib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR