DİM: Dövlət sifarişli yerlərin sayı artırılacaq

“Buraxılış imtahanında az bal toplayanlar da ali məktəbə sənəd verə bilər”.

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.

Onun sözlərinə görə, iki imtahanda da iştirak edənlərin 67 131 nəfəri ali məktəbə sənəd verib: “100 baldan çox nəticə göstərən 10 mindən çox şagird var. I qrup üzrə 16% 200 baldan yuxarı nəticə göstərənlərdir. Bu da 4 500 nəfərdir. Burada əvvəlki illərin məzunlarının nəticələri öz əksini tapmayıb. Amma bu nəticələr də ümumi mənzərəyə təsir göstərməyəcək. Çünki onlar əvvəlki illərdə qəbul olmayıblar. Dövlət proqramında olan ümumi yerlər hələ hökumət tərəfindən təsdiq olunmayıb. Bizə işçi qaydada verilən məlumatlardan görürük ki, 4% plan yerləri artıb, dövlət sifarişli yerlərdə isə 3% artım olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR