Rusiyanın Türkiyədən İNANILMAZ İSTƏYİ:

Ukrayna ordusu Qara dənizdə “Moskva” kreyserini vurandan sonra ruslar ciddi güc itirib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya ordusunun arsenalında cəmi 3 belə nəhəng gəmi var idi. “Moskva” kreyseri vurulandan sonra onların sayı 2-yə düşüb. Kreml Qara dənizdə “Moskva” kreyserinin boşluğunu doldurmaq üçün digər 2 gəmidən birini bölgəyə göndərmək niyyətindədir. Bunun üçün isə gəmi Türkiyənin nəzarətindəki boğazlardan keçərək, Qara dənizə daxil olmalıdır.

Montrö boğazlar konvensiyasının şərtlərinə görə, müharibə dövründə boğazlara tamamilə Türkiyə nəzarət edir. Röyters agentliyinin məlumatına görə, Türkiyənin Rusiya hərbi gəmisinin Qara dənizə keçməsinə icazə verəcəyi gözlənilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR