Dünya bazarında neftin qiymətləri artıb.
Metbuat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 0,89% artaraq 1 barelə görə 112,69 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,87% artaraq 107,88 dollar təşkil edib.