Gözəllik və gül salonlarından 9 min manatlıq oğurluq edilib

Bakıda gözəllik və gül salonlarından 9 min manatlıq oğurluq edilib.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iki gözəllik və bir gül salonundan orada işləyən 3 nəfərin 9 min manat dəyərində 5 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Rəhimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR