Son üç ayda əməkhaqqı fondu 11,4 faiz artıb

Ölkəmizdə ardıcıl xarakter alan əməkhaqqı islahatları,əmək müqavilələrinin sayında artım dinamikası əmək haqqı fondunda da artımlara imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında da Azərbaycanda əmək haqqı fondu 11,4 faiz artıb.

Ümumilikdə son 3 ildə minimum əməkhaqqının 2,3 dəfə, orta aylıq əmək haqqının 40 faiz, median əmək haqqının 80 faiz artımı baş verib. Bu dövrdə illik əmək haqqı fondu isə 2,1 dəfə artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR