Ukrayna ordusundan BÖYÜK UĞUR:

“Mariupolda hərbçilərimiz təslim olmayıb, hələ mübarizə aparır”.

Metbuat.az xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal belə açıqlama verib. O bildirib ki, Mariupol hələ də Ukrayna ordusunun nəzarəti altındadır və əsgərlər mübarizəni davam etdirir. Baş nazirin sözlərinə görə, Xerson şəhəri istisna olmaqla bütün bölgələr Ukrayna ordusunun nəzarəti altındadır.

“900-dən çox şəhər, qəsəbə və kənd Rusiya ordusunun işğalından azad edilib” - deyə Denis Şmıqal bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR