Bu zabit son anda 20 əsgərimizi minaya düşməkdən xilas etdi -

Bu gün Kəlbəcərin Günəşli kəndinin sakinləri uzun illərdən sonra azad olunmuş doğma yurdlarına səfər ediblər.

Metbuat.az İctimai TV-yə istinadən xəbər verir ki, onlar öz evlərinin dağılmış qalıqlarını və həyətyanı sahələrini ziyarət ediblər. Bu zaman təhlükəsizlik məqsədi ilə qrupu minaaxtaranlar müşahidə ediblər.

Əsgər Mərdəli Aşırov evinə getmək istəyən vətəndaşı müşahidə etdiyi zaman yolun kənarında mina aşkarlayıb. Bununla zabit 20 nəfərlik qrupu ölümdən xilas edib.

İlkin araşdırmalarla müəyyən edilib ki, tank əleyhinə mina bura 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə - Kəlbəcərin təhvil verilməsi üçün istənilən vaxtda evlərinə qayıdacaq dinc əhaliyə qarşı, kütləvi insan tələfatı törətmək məqsədilə basdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR