Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyinın Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva qurumda gender məsələləri üzrə yeni məsul şəxs təyin edilib.

Metbuat.az nazirliyə istinadən xəbər verir ki, o, qadın hüquqlarının müdafiəsinin gücləndirilməsi işinin təşkili və həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Aparılan büdcə islahatları çərçivəsində büdcə siyasətinin gender məqsədləri ilə uzlaşdırılması nəzərdə tutulur.

“Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” ölkə prezidentinin 6 mart 2000-ci il 6 mart tarixli fərmanının icrasını təmin etmək məqsədilə təsdiq edilmiş Nazirlər Kabinetinin 26 sentyabr 2000-ci il tarixli qərarına əsasən nazirlik, komitə, şirkət, konsern, eləcə də digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin etməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR