“Bu komanda heç vaxt 0:8 hesabı ilə uduzmayıb” -

Bakının "İnter" (hazırkı "Şamaxı") klubunun sabiq prezidenti Georgi Nikolov feysbuk hesabında paylaşım edib.

Metbuat.az xəbər verir ki, o, sabiq klubunun "Şamaxı" adı ilə ilk səfər matçında Premyer Liqanın 23-cü turunda "Qarabağ"a 0:8 hesabı ilə uduzmasına biganə qalmayıb.

Klubun "İnter" adlandırıldığı dönəmdən şəkil paylaşan Nikolov bolqar, ingilis və Azərbaycan dillərində bu komandanın heç vaxt 0:8 hesabı ilə uduzmadığını vurğulayıb.

Xatırladaq ki, G.Nikolov 2006 - 2015-ci illərdə "İnter"in prezidenti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR