Ukraynalılar qarşısında iki seçim qoyulub: Ya ölün ya da... -

Rusiyanın işğal etdiyi ərazilərdə ukraynalıların güc yoluyla köçürüldüyü irəli sürülür.

Metbuat.az xəbər verir ki, bu barədə CNN televiziyası yerli sakinlərə istinadən məlumat yayıb. İddialara görə, sakinlər Rusiya sərhədinə köçürülür. Sakinlər bildirir ki, rus qüvvələr onların qarşısında iki şərt irəli sürür: “Ya Rusiyaya gedin ya da ölün!”. Məlumata görə, ruslar sakinlərin sənədlərini alaraq, onlara Rusiyada yeni sənədlərin veriləcəyini deyiblər. Rusiya tərəfi isə iddiaların əsassız olduğunu ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR