Azərbaycanda 2014-cü ildə narkotiklərlə bağlı cinayətlərin 85-i qrup şəklində törədilib

10:47 19 Yanvar 2015
105 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 10:42 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda 2014-cü il ərzində polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrlə bağlı 3046 cinayət faktı aşkar olunub. APA-nın məlumatına görə, bu, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin hesabatında əksini tapıb.

 

Aşkar edilən cinayət faktlarından 801-i narkotik vasitələrin qanunsuz satışı, 2029-u satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması, 203-ü narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 12-si isə sair cinayətlərlə bağlıdır. 3046 faktdan 800-ü əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər tərəfindən törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 151 kq 561,845 qr müxtəlif növ narkotik vasitələr götürülüb.


Cinayətlərin 85-i qrup şəklində törədilib, faktlar üzrə cinayətkarlardan çəkisi 217 kq 458,363 qr narkotik vasitələr götürülüb. Təhlil dövründə narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 15 cinayət faktı aşkarlanıb və fakt üzrə qanunsuz dövriyyədən çəkisi 75 kq 662qr narkotik vasitə götürülüb. 2014-cü il ərzində cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən ümumilikdə aşkar olunmuş 672,7 kq narkotik vasitələrin 421,8 kq marixuana, 132,3 kq tiryək, 18,1 kq heroin, 44,2 kq həşiş, 56,2 kq digərləri, 1 kq 970 qr psixotrop maddələr təşkil edib. Bu da 2013-cü illə müqayisədə 53 kq 465 qr çox olub.

 

Narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsinin və yabanı halda yayılmasının qarşısının alınması məqsədilə keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində xaş-xaş və çətənə bitkilərinin qanunsuz kultivasiyası ilə bağlı 203 fakt aşkar edilib ki, bu da ötən illə müqayisədə 32 fakt çox olub. Aşkar olunmuş 8 fakt üzrə 450 sot sahədən yaş kütləsi 9 kq 685 qr olan 284 ədəd xaşxaş, 17,496 hektar sahədən 195 fakt üzrə yaş kütləsi 1 ton 995 kq 884 qr olan 14 min 889 ədəd çətənə bitkiləri aşkar edilib, qanuni tədbir görülməsi üçün istintaq orqanlarına verilib. Bununla yanaşı, ümumilikdə 467 hektar 495 sot sahədən yaş kütləsi 212 ton 724 kq 339 qr olan 375 min 917 ədəd çətənə bitkiləri aşkar edilərək məhv edilib.

 

Hesabat dövründə daxili işlər orqanları tərəfindən ölkə ərazisindən narkotiklərin tranzit daşınmasının qarşısının alınması, qeyri-leqal dövriyyədən ağır təsirə malik narkotik vasitələrin çıxarılması, onları yayan, qanunsuz idxalı, ixracı və istehsalı ilə məşğul olan transmilli və mütəşəkkil cinayətkar dəstələrin aşkarlanması ilə bağlı həyata keçirilən əməliyyat - axtarış tədbirlərinin səmərəsinin artırılması istiqamətində müəyyən işlər görülüb.  Nəticədə qanunsuz dövriyyədən ağır təsirə malik çəkisi 91 kq 711,84 qr tiryək, 9 kq 792,465 qr heroin, 17 kq 580 qr həşiş, 52,763 qr kokain, 1,56 qr amfetamin olmaqla ümumilikdə 119 kq 139 qr xarici ölkələrdə istehsal olunmuş narkotik vasitələr götürülüb.
 

Bunlarla yanaşı, dövriyyəsi qadağan edilən, məhdudlaşdırılan və dövriyyəsinə nəzarət olunan narkotik vasitələrin və psixotrop maddələrin uçotu, saxlanılması və satışı sahəsində qanun pozuntularının qarşısının alınması və aşkar edilməsi məqsədilə ilə də polis orqanları tərəfindən, o cümlədən BNMİ CBRŞ, BMCMİ, Səbail RPİ, Sumqayıt ŞPİ, Yasamal RPİ, Lənkəran ŞRPŞ, Astara RPŞ, Masallı RPŞ, tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz dövriyyədən 8 ampula “Sibazon”, 34 ampula “Diazepam”, 500 həb fenobarbital, 10 həb “Alprozolam”, 170 paket “Kaliy permanqanat”, 270 həb “Rivotril”, 9 həb 0,431 qr “Metadon”, 1,832 qr “Metamfetamin” və 1 kq 800 qr “Amfetamin” psixotrop dərman preparatları aşkar edilərək götürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR