Türkiyə ordusu buna görə hərbi əməliyyatlara başlayıb:

“Türkiyə ordusu İraqın şimalında hərbi əməliyyatlar keçirməklə, Qəndil, Sincar və Mahmura girməyə zəmin hazırlayır”.

Metbuat.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Çoşkun Başbuğ belə açıqlama verib. O bildirib ki, bu, uzun müddətli hərəkatın başlanğıcıdır. Ekspertin sözlərinə görə, hazırda hərbi əməliyyatların keçirildiyi bölgələrdə terrorçular fəallaşmağa başlamışdı. Terrorçular burada toplaşaraq yenidən qruplaşmağa çalışıblar. Ekspert hesab edir ki, Türkiyə Metina, Zap və Avaşin-Basyan bölgələrində nəzarəti ələ keçirəndən sonra Qəndil, Sincar və Mahmura yönələ bilər. Çünki bu bölgələrQəndil, Sincar və Mahmura gedən yol üzərində yerləşir.Bəzi ekspertlər hesab edir ki, Türkiyənin indi hərbi əməliyyatlara başlaması təsadüfi deyil. Dünyanın diqqəti Ukrayna müharibəsinə yönəldiyi və Türkiyənin bu müharibədə “açar” rolunu oynadığı bir vaxtda terrorçuların “himayəçiləri” Ankaraya etiraz edə bilməz.

Qeyd edək ki, iki gün əvvəl Türkiyə ordusu İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində əməliyyatlara başlayıb. Çox sayda terrorçu zərərsizləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR