Türkiyə ordusu şəhid verdi: Döyüşlər davam edir

Türkiyə ordusu İraqın şimalında davam edən “Pəncə-Kilid” hərbi əməliyyatları zamanı şəhid verib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib. Məlumata görə, terrorçuların əvvəlcədən yerləşdirdiyi minanın partlaması nəticəsində baş leytenant Ömər Delibaş həlak olub.

Qeyd edək ki, iki gün əvvəl Türkiyə ordusu İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində əməliyyatlara başlayıb. Çox sayda terrorçu zərərsizləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR