Film kimi oğurluq: Döyüb əllərini bağladılar

Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə müraciət edən Ələt qəsəbə sakini P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3800 manat pulunun alınmasını və əllərinin iplə bağlanmasını bildirib.

Daxili İşlər Nazirliyindən (DİN) Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıblar.

Anoloji hal Binəqədi rayonunda da qeydə alınıb. Belə ki, RPİ-nin 40-cı Polis Bölməsinə Motodrom yaşayış sahəsindəki evlərin birindən 7540 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb.

Rəsmi məlumata görə, hazırda faktlarla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR