Azərbaycanın səyahət blogeri beynəlxalq tədbirdə mükafatlandırıldı -

Azərbaycanın tanınmış səyahət blogeri Firəngiz Əbdüləziz bu günə qədər dünyanın bir çox ölkələrinə səyahət edərək maraqlı görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşür.

Pozitivliyi ilə ətrafa müsbət enerji ötürən bloger daim diqqət mərkəzindədir. Xüsusi ilə paylaşdığı səyahət videoları isə böyük maraqla qarşılanır.

Uşaqlıq illərindən səyahət etməyi sevən Firəngiz Əbdüləziz 5 ilə yaxındır ki, "Selfie Travel" şirkətində baş satış meneceri kimi fəaliyyət göstərir. İşinə uyğun olaraq da fərqli-fərqli ölkələrə mütəmadi olaraq səyahət edir.

"Səyahət etmək və fərqli ölkələrin tarixi, memarlığı və mədəniyyəti ilə tanış olmaq insanın dünya görüşünü artırır. Bütün bunlar insana çox fərqli hisslər yaşadır".

Qeyd edək ki, Firəngiz Əbdüləziz "Reputation İnc." PR və Event şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində "The Successful Travel Bloqer" mükafatına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR