​Epilepsiyanın müalicəsində istifadə olunan dərmanların hamilə qadınlara zərərləri

Epilepsiya xəstələrinin müalicəsində istifadə olunan dərmanların hamilə qadınlara zərərləri araşdırılıb.

Metbuat.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, epilepsiya və bipolyar xəstələrinin müalicəsi zamanı istifadə olunan dərmanlar riskli olmasına baxmayaraq, hamilə qadınlara da verilir.

Epilepsiya əleyhinə istifadə olunan dərman "natrium valproat" hamilə qadınlara verilən zaman doğulan körpələrdə anadangəlmə qüsurlara səbəb ola bilir. Lakin, buna baxmayaraq, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti və Dərman və Səhiyyə Məhsullarının Tənzimlənməsi Agentliyinin araşdırmalarına əsasən, bu dərmanın hələ də hamilə qadınlara təyin olunduğu məlum olub. Həmçinin, pasientlərə risklər haqqında bəzən məlumat verilməməsi ilə bağlı narazılıqlar da var.

"Natrium valproat" nədir?

"Natrium valproat" epilepsiya və bipolyar xəstəliklərindən əziyyət çəkən pasientlərə maye, kapsul, tablet və ya bəzi hallarda iynə şəklində verilir. Bəzən miqreni olan xəstələrə da yazılır.

Hamilə qadınlar üçün "natrium valproatın" hansı təhlükələri var?

"Natrium valproat" hamilə qadınlar tərəfindən qəbul edilərsə, "dovşan dodaq", ətraflarda qüsurlar və ürək problemləri kimi anadangəlmə qüsurlara səbəb ola bilər. Həmçinin, dil və öyrənmə ilə bağlı çətinliklər də daxil olmaqla inkişaf problemlərinə gətirib çıxara bilər.

Bəzi hallarda onların yaşadıqları inkişaf çətinlikləri autizm spektri pozğunluğu , diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu kimi digər diaqnozlar üçün də meyarlara cavab verə bilər.

Araşdırmalara görə, "natrium valproat"a məruz qalan doğulmamış uşaqların 10%-nin anadangəlmə qüsurları inkişaf etdirmə ehtimalı, 40%-də isə inkişaf geriliyi və ya autizm olacağı düşünülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR