"Unibank" ADA Universitetində keçirilən karyera həftəsində iştirak edir

"Unibank" əməkdaşları “Karyera həftəsi” çərçivəsində ADA Universiteti tələbələrinə müxtəlif mövzularda seminarlar keçəcəklər.

18-27 aprel tarixlərində keçirilən “Karyera həftəsi”nin məqsədi, tələbələri mövcud karyera trendləri, vakansiyalar barəsində məlumatlandırmaq və potensial işəgötürənlərlə əlaqə qurmaqdır. Seminarlar çərçivəsində tələbələrə lazımlı və xüsusilə sənaye iş sektorları üçün tələb olunan çətin bacarıqlar haqqında məlumat veriləcək. Bir həftə boyunca “Unibank”ın müxtəlif rəhbər şəxsləri və əməkdaşları ADA tələbələrinə emosional intellektin rolu, sənaye haqqında anlayışlar, ideyalar, müsahibə zamanı danışıq, etika bacarıqlar, müvəffəqiyyət üçün bacarıqların artırılması və iş etikası, sahibkarlıq və innovasiyalar, brendinq və rəqəmsal dünya mövzularında seminarlar keçəcəklər. Sonda yekun qiymətləndirmələr və müsahibələr olacaq, qaliblər mükafatlandırılacaq.

Xatırladaq ki, ötən ay “Unibank” KB ilə ADA Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər elmi və praktiki məlumat və bacarıqların mübadiləsini təmin edəcək, tələbələrin müvafiq istiqamətlər üzrə davamlı inkişafına fayda verəcək menecment, bank işi və maliyyə sahəsində birgə tədbirlər və sosial məsuliyyəti artıran layihələr icra edəcək, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcəklər.

Memorandum çərçivəsində ADA tələbələri istehsalat təcrübəsində iştirak edəcək, onların Bankın filial şəbəkələrinə səfərləri təşkil ediləcək, Bankın əməkdaşları isə ADA tərəfindən təşkil edilən İxtisasartırma proqramlarında iştirak edəcəklər.

Unibank- Sənin Bankın!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR