Azərbaycan Kuboku: Bu gün ilk yarımfinal oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Metbuat.az xəbər verir ki, açılış matçı Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında olacaq. Saat 17:30-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.

Digər görüşdə "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.

Azərbaycan Kuboku, yarımfinal

İlk oyunlar

20 aprel (çərşənbə)

17:30. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.

20:00. "Zirə" – "Neftçi"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR