SON DƏQİQƏ! Türkiyədə terror aktı törədildi:

Türkiyənin Bursa şəhərində həbsxana gözətçilərinin olduğu avtobusa hücum edilib.

Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, yola yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsindəm 1 nəfər həlak olub. 4 nəfər yaralanıb. Daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, partlayıcı qurğu uzaqdan idarə olunan cihazla işə salınıb.

Hadisəni törədən silahlının saxlanılması üçün axtarışlar davam edir. Yerli mənbələr hadisəni terror aktı kimi qələmə verir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR